BAKI, 20 sentyabr. TELEQRAF
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti azalıb.
Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri azalaraq69.53 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.