EN

“Bu fərman dövlət tərəfindən ictimai nəqliyyata dəstəkdir” Bakı şəhərində hansı yollar ödənişli olacaq? FOTO+ÖZƏL

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır. Bundan başqa həmçinin Bakıda ödənişli hərəkət zonaları yaradılacaq.

Nəqliyyat eksperti Elməddin Muradlı Moderator.az-a açıqlamasında bildirib ki, bu fərman dövlətimiz tərəfindən ictimai nəqliyyata dəstəkdir:

“Bu Azərbaycanda ilk dəfə tətbiq ediləcək bir mexanizmdir. Bu məsələ illərdir müzakirə olunurdu. Burada sadəcə daşıyıcılar, avtobus sahəsində inkişafı planlayırlar və onlara da dövlət tərəfindən müəyyən subsidiyaların ödənilməsi nəzərdə tutulur. Sənəddə də göstərilir ki, hər kilometrə görə daşıyıcıya dövlət tərəfindən haqq veriləcək. Daşıyıcının artıq marağında olmayacaq ki, avtobusa nə qədər sərnişin minib, nə qədər sərnişin düşüb? Nəğdsiz ödəniş prosesində bu baş verirsə, həmin daşıyıcı dövlətdən dəstək ala biləcək. Amma burada şərtlər də var ki, elektrikli, sıxılmış qazla işləyən avtobuslar olmalıdır. Dizel mühərriklilərə bu şamil edilmir. Nəğdsiz ödəniş məsələsi burada öz əksini tapmalıdır” deyə o bildirib.

Elməddin Muradlı bildirib ki, artıq ödənişli zonaların şamil ediləcəyi bölgələr müəyyənləşib:

“Fərmandan həm də görünür ki, Bakı şəhərində də ödənişli yollar yaradılacaq. Bu ödənişli hərəkət zonaları adlanır. Müəyyən bir məsafədə insanlar həmin yollardan yalnız ödənişlə istifadə edə biləcəklər. Bu dünya təcrübəsində var, Azərbaycanda da 2027-ci ildən tətbiq edilə bilər. Hələlik dəqiq bilinmir ki, Bakı şəhərində hansı yollar ödənişli olacaq? Çünki bu fərmanın icrası 2027-ci ilin yanvar ayına təsadüf edəcək. Fərmanda da göstərilir ki, məsələlər bir neçə ay ərzində dəqiqləşdirilib, məlumat verilməlidir. Bu fərmanın şamil edildiyi bölgələr isə müəyyənləşdirilib. Bunlar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərləri, eləcə də Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarıdır” deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
3
moderator.az

4Sources