EN

NATO sərhədləri təzyiq altında: Litva müdafiə naziri Rusiyanın təxribatına Türkiyəni nümunə göstərdi

Litvanın müdafiə naziri Dovile Şakalienə Estoniya hava məkanında Rusiya hərbi təyyarələrinin – MiG-lərin iştirakı ilə baş verən insidentə sərt reaksiya verib.

Musavat.com-un məlumatına görə nazir bildirib ki, NATO-nun şimal-şərq sərhədlərinin sınağa çəkilməsi təsadüfi deyil.

“NATO-nun şimal-şərq sərhədi boşuna sınağa çəkilmir. P.S. Türkiyə 10 il əvvəl bunun bariz nümunəsini göstərmişdi. Düşünməyə dəyər, ” – deyə Şakalienə qeyd edib.

Onun bu açıqlaması Rusiya ilə NATO arasındakı gərginliyin artdığı bir vaxtda region ölkələrinə xəbərdarlıq kimi qiymətləndirilir. Nazirin Türkiyəni nümunə göstərməsi isə 2015-ci ildə bu ölkənin hava sərhədini pozan Rusiya təyyarəsini vurması ilə bağlı tarixi hadisəni yada salır.

Musavat.com

Chosen
9
musavat.com

1Sources