EN

BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları bərpa edib

BMT Təhlükəsizlik Şurası İrana qarşı 2015-ci il nüvə sazişindən sonra dondurulmuş sanksiyaları bərpa etmək qərarına gəlib.

Olaylar.az ArbatMedia saytına istinadla xəbər verir ki, qərarı ABŞ, Böyük Britaniya, Fransa və Almaniya dəstəkləyib.

Avropa ölkələri və ABŞ İranı nüvə silahından imtina etməsinə zəmanət verməli olan müqavilələri pozmaqda ittiham edib. Daha altı ölkə sanksiyaların bərpasının lehinə səs verib.

Çin, Rusiya və Pakistan sanksiyaların dayandırılmasının uzadılmasını təklif edərək əleyhinə səs verib.

İran və Avropa liderləri yeni razılığa gələ bilməsələr, sanksiyalar sentyabrın 26-da bərpa olunacaq.

İran Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurasının qərarını "beynəlxalq hüququn kobud şəkildə pozulması" adlandırıb və ABŞ və Avropa ölkələrini diplomatik səylərə mane olmaqda ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
62
1
olaylar.az

2Sources