EN

Vüsal 300 maşınımı əlimdən aldı ŞİKAYƏT

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu həbs edilib.

Milli.Az-a müraciət edən şikayətçi Coşqun Cəfərov bildirib ki,  ilkin ödəniş olaraq 4000 manat ödəməklə ayda 500 manat olmaqla 15 aylıq kredit müqaviləsi əsasında "Vüsal 300"-dən avtomobil alıb:

"Altı ay ödəniş etmişəm, yeddinci ayda isə 22 gün gecikməm oldu. Müqaviləyə əsasən, hər gecikmə günü üçün 10 manat cərimə nəzərdə tutulub. Mən onlara əvvəlcədən məlumat vermişdim ki, maaşım bir qədər gecikəcək. Buna baxmayaraq, avtomobilimə həbs qoyularaq əlimdən alındı", - deyə o bildirir.

Zərərçəkən qeyd edir ki, şirkət ona cəmi bir həftə vaxt verib və həmin müddət ərzində qalan 9 ayın ödənişini tam şəkildə etməli olduğunu tələb edib:

"Onlara dedim ki, imkanım olsa, elə maşını nağd alardım, bu mümkün deyil. Mən artıq cəmi 7000 manat ödəmişəm."

Onun iddiasına görə, bir neçə gün əvvəl ona bildirilib ki, guya maşın artıq satılıb. Lakin özü gedib baxdıqda avtomobilin hələ də onların əlində olduğunu görüb.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında "Vüsal 300" kimi tanınan iş adamı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Aysel Əkbər

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
1
news.milli.az

2Sources