EN

Stressi azaltmaq və tez yuxuya getmək üçün ÜSULLAR

Nevroloq Ceyms Parker yuxusuzluq zamanı “barmaq nəfəsi” adlandırdığı texnikadan istifadə etməyi məsləhət görüb. 

Parkerin sözlərinə görə, bu üsul bir neçə dəqiqəyə stressi aradan qaldırmağa kömək edir. Bunun üçün rahat kresloda oturmaq və ya yatağa uzanmaq, bir əlinizi irəli uzadıb barmaqları açmaq lazımdır. Sonra digər əlinizlə şəhadət barmağınızla açıq əlinizin konturunu yavaş-yavaş izləyirsiniz: baş barmaqdan başlayaraq çeçələ barmağa qədər.

Həkim vurğulayır ki, bu texnikanı edərkən düzgün nəfəs almaq çox vacibdir. “Barmağın yuxarı hissəsinə doğru hərəkət edərkən burunla dərin nəfəs alın, aşağı doğru enərkən isə ağızla nəfəs verin”, - Parker izah edib.

 

(Lent.az)


 

Chosen
36
1
moderator.az

2Sources