EN

Ordubada 15 sm hündürlüyündə qar yağıb

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

"Report"un yerli bürosunun məlumatına görə, sentyabrın 20-də muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub.

Düşən yağışın miqdarı Naxçıvan şəhərində 2 mm, Sədərəkdə 17 mm, Şərurda 8 mm, Kəngərlidə 6 mm, Şahbuzda 4 mm, Ordubadda 4 mm, Culfada 3 mm, Parağaçayda (Ordubad) 17 mm, Axurada (Şərur) 12 mm, Küküdə (Şahbuz) 7 mm, Biçənəkdə (Şahbuz) 6 mm olub.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin 07:00-a olan məlumatına əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb.

Qar əsasən, Ordubad rayonunun yüksək dağlıq ərazilərində müşahidə olunub. 3800-3900 metr yüksəklikdə qarın hündürlüyü 15 sm-ə çatıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
2
cebheinfo.az

3Sources