EN

Qarabağ Universitetinin sabiq prorektoruna yeni vəzifə verildi

Qarabağ Universitetinin sabiq prorektoruna Nərgiz İsmayılova yeni vəzifə verilib.

Milli.Az xəbər verir ki, Nərgiz İsmayılova Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Layihələrin idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nərgiz İsmayılova İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "British Petroleum", "SOCAR Downstream Management" və digər qurumların benefisiarı olduğu müxtəlifspektrli institusional quruculuq, idarəetmə sistemləri və bacarıqların inkişafını hədəfləyən proqram və layihələr üzrə 10 ildən artıq təcrübəyə malikdir. O həmçinin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Dünya Bankı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və digər beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrdə çalışıb. Nərgiz İsmayılova həm də 2-ci "Yüksəliş" müsabiqəsinin qalibi olub.

Nərgiz İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.

Aysel Əkbər
Milli.Az 

Chosen
56
2
milli.az

3Sources