EN

"iPhone17" modellərində kamera problemi ortaya çıxdı - FOTO

Yeni təqdim olunan "iPhone Air" ve "iPhone 17 Pro" modellərində kamera problemi ortaya çıxıb. 

Milli.Az xəbər verir ki, "iPhone"un yeni modeli ilə çəkilən bəzi fotolarda vizual görüntüdə problemlər olduğu məlum olub.

Yeni "iPhone Air" ve "iPhone 17 Pro" modellərini sınaqdan keçirən istifadəçilər çəkdikləri şəkillərdə gözlənilməz problemlə qarşılaşıblar. Əsasən, müəyyən məkanlarda çəkilən fotolarda qara və ağ rəngli, dalğalı xətlər olduğu görülüb. 

Problemi ilk aşkar edənlərdən biri, yazıçı Henry Casey olub. Casey konsertlərin birində "iPhone Air" ilə çəkdiyi şəkillərdə bəzi qüsurlar olduğunu görüb. "Apple" isə bu barədə açıqlama verərək, problemdən xəbərdar olduqlarını bildiriblər. 

Şirkət problemin həlli üçün yoxlamalar apardığını və yaxın günlərdə güncəlləmə gələcəyini bildiriblər. 

Qeyd edək ki, "iPhone 17" və "iPhone 17 Air" modelləri 26 sentyabr satışa çıxarılacaq.

Fidan
Milli.Az

Chosen
31
1
milli.az

2Sources