EN

Sabahın hava proqnozu açıqlandı

Azərbaycan ərazisində sentyabrın 21-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Chosen
22
49
publika.az

10Sources