EN

İki narkokuryerdən 6 kq marixuana aşkarlandı

XQ-yə DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir keçirilib. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Samir Quliyev və Soltan Abdullyev saxlanılıblar. Onlara məxsus nəqliyyat vasitəsindən 6 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb. 

Saxlanılan şəxslər maddi gəlir etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

N.Adilqızı
XQ

Chosen
11
24
xalqqazeti.az

10Sources