EN

İlk BvS10 zirehli transportyorları sifarişçilərə çatdırılıb

İsveç, Almaniya və Böyük Britaniyanın birgə satınalması çərçivəsində ilk üç ədəd BvS10 zirehli transportyoru “BAE Systems Hägglunds” zavodunun istehsal xəttindən çıxıb.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, sözügedən zirehli transportyorlar keçirilən rəsmi mərasimdə sifarişçilərə təhvil verilib.

Mərasimdə çıxış edən “BAE Systems Hägglunds” şirkətinin idarəedici direktoru Tommi Qustafsson-Rask bildirib ki, BvS10-un təqdim etdiyi ekstremal hərəkət imkanları və çoxsaylı istifadə formaları müştərilərə ən çətin şəraitlərdə belə etibarlı, yüksək texnologiyalı və müasir imkanlar verir.

Onun sözlərinə görə, sadələşdirilmiş satınalma modeli digər ölkələrin də asanlıqla bu zirehli transportyoru sifariş etməsinə və BvS10-un təqdim etdiyi qabaqcıl imkanlardan faydalanmasına şərait yaradır.

Qeyd edilib ki, sözügedən nəqliyyat vasitələri İsveç Ordusunun istifadəsində olan BvS10-un ən yeni versiyası əsasında hazırlanıb. Onlar personal daşıma, logistika, tibbi təxliyə, təmir-bərpa və komanda-idarəetmə kimi müxtəlif variantlarda istehsal olunur. Tərəflər arasında imzalanmış birgə satınalma müqaviləsi çərçivəsində ümumilikdə 663 ədəd zirehli transportyorun (367 Almaniya, 236 İsveç və 60 Böyük Britaniya) tədarükü nəzərdə tutulub.

Tırtıllı şassiyə malik olan BvS10 personala əlverişsiz və çətin keçilən ərazi şəraitlərində 7/24 istifadə imkanı verir. Zirehli nəqliyyat vasitəsi 65 km/saat sürətlə hərəkət etmək qabiliyyətinə, 14 personalı və 8000 kiloqram yükü daşımaq bacarığına malikdir.

081A8455

Chosen
33
1
poliqon.az

2Sources