EN

TƏBİB sədri bu xanıma vəzifə verdi - Foto

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Axar.az Report-a istinadla xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nuridə Rafiq qızı Məmmədova xəstəxananın direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Məmmədova bundan əvvəl Lənkəran Regional Perinatal Mərkəzinin direktoru olub. Bu ilin iyun ayından isə o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahiyyə üzrə müavini vəzifəsini icra edib.

Chosen
29
23
axar.az

10Sources