Xətai rayonunda yerləşən 10-dan çox fərdi yaşayış evi sökülüb.
Bu haqda ATV sujet hazırlayıb. Evlərin əksəriyyətini heç bir sənədinin olmadığı deyilir. Küçədə tikilmiş sənədsiz evlər xüsusi texnikalar vasitəsilə sökülüb.
Sakinlər deyir ki, söküntü barədə onlara heç bir məlumat verilməyib. Onların sözlərinə görə, 1 gün əvvəl evlərindən çıxarılıblar və mənzilləri yerlə-yeksan edilib. İcazə olmadığı halda evlərə qaz, işıq sayğaclarının necə qoyulması məsələsi isə vətəndaşlarda sual yaradıb.
Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, söküntü işləri həyata keçirilmədən əvvəl sakinlərə dəfələrlə xəbərdarlıq edilib, amma buna məhəl qoyulmayıb. Ötən gün isə hüquq-mühafizə orqanlarının iştirakı ilə qanunsuz tikilən gecəqonduların söküntü işlərinə başlanılıb.
Qurumun şöbə müdiri Pənah İmanovun sözlərinə görə, söküntü işləri mühafizə zolaqlarına düşən qanunsuz tikililərə qarşı aparılan tədbirlər çərçivəsində həyata keçirilir.
10Sources
-
hurriyyet.azİcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb – Video ( 21561820)
-
nocomment.azSənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? ( 21553057)
-
olke.azSənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? ( 21552010)
-
day.azSənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - VİDEO ( 21551701)
-
pravda.azSənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - VİDEO ( 21551350)
-
sherg.azSənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - VİDEO ( 21550207)
-
milli.azSənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - VİDEO ( 21549793)
-
manset.azSənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - VİDEO ( 21549412)
-
hit.azİcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb - VİDEO ( 21549478)
-
demokrat.azSənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb?— VİDEO ( 21549184)