EN

Şəmistan Nəzirli tədbir zamanı qəfil vəfat edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan hərb tarixinə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, Azərbaycan hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, "Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant Şəmistan Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.
Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır.
"Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqları təşkil olunur. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.
Əli Məmmədov
Chosen
19
13
oxu.az

10Sources