EN

İsrail “B” planını aktivləşdirdi: Region yeni təhdid ilə üz üzədir

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa üçlüyü – Böyük Britaniya, Almaniya və Fransa – İrana sentyabrın 28-dək möhlət verib. Qərb dövlətləri Tehran qarşısında üç əsas şərt irəli sürüblər: ABŞ-la birbaşa danışıqlara başlamaq, nüvə fəaliyyətini dayandırmaq və zənginləşdirilmiş uranın saxlanıldığı yerlə bağlı ətraflı məlumat təqdim etmək. Əks halda, İranı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin bərpası gözləyir.

İran bu şərtlərə əməl edəcək, yoxsa qarşıdurmanı dərinləşdirəcək? Avropa üçlüyünün təzyiqi Tehranın siyasətinə real təsir göstərə bilərmi? İran geri addım atmasa, bölgədə yeni gərginlik dalğası başlayacaqmı?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, hazırda əsas amil İsrailin mövqeyidir:

“İsrail İranın nüvə proqramını davam etdirməsini istəmir. Bununla yanaşı, İranın raket proqramı da faktiki olaraq Təl-Əvivi narahat edir. Həm İsrail, həm də Vaşinqton bu proqramları özlərinə qarşı potensial təhdid və regional maraqları üçün risk hesab edir. Elə bu səbəbdən ABŞ-ın Avropalı müttəfiqləri də İrana qarşı bir cəbhədə birləşib. İstisna deyil ki, Vaşinqtonda Avropa liderləri ilə keçirilən görüşdə Donald Tramp bu məsələni xüsusi olaraq gündəmə gətirib.

Lakin hazırda İsrail üçün də proses əlverişli deyil. Təl-Əvivin Qəzza əməliyyatları və Fələstinlə bağlı verdiyi qərəzli qərarlar Avropa ölkələrinin bu ölkəyə qarşı münasibətini sərtləşdirib. Artıq bir çox Avropa dövləti Fələstinin müstəqilliyini tanıyacağını bəyan edir. Faktiki olaraq, İsrail müstəqillik əldə etdiyi dövrdən bu günə qədər ilk dəfədir ki, bu qədər güclü psixoloji təzyiqlə üz-üzədir.

Turab Rzayev

Belə olan halda hesab edirəm ki, İsrail rəhbərliyi və ABŞ təzyiqləri İrana yönəltməklə diqqəti oraya çevirmək istəyir. Baş nazir Benyamin Netanyahunun son çıxışları da bunu deməyə əsas verir. O, açıq şəkildə İrana qarşı yeni əməliyyatların keçiriləcəyini mesaj verir. ABŞ-ın müttəfiqləri də bu prosesə qoşulmağa hazır görünür. Yəni demək olar ki, İsrail bu yolla həm diqqəti İrana yönəltmək, həm də üzləşdiyi təzyiqlərdən qurtulmaq istəyir”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
globalinfo.az

1Sources