EN

Xankəndidə Şəhər Günü qeyd olunur - YENİLƏNİB

Xankəndi şəhərindəki Konqres Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyi təşkilatçılığı ilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, digər rəsmilər, mədəniyyət xadimləri və doğma yurda qayıtmış sakinlər iştirak ediblər.

Sərginin əsas məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.

​Sərgidə Fətəli Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev və başqa tanınmış fotoqrafların əsərləri nümayiş olunur. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrimizin və müasir inkişafın ahəngini əks etdirən kadrları təqdim edir.

​"Qarabağ – obyektivdən tarixə" sərgisi həmçinin ictimaiyyəti Qarabağın indiki həyatı və gələcək perspektivləri ilə tanış etməklə yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunmasına dair məlumatlandırmanı artırmağı hədəfləyir.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda hər il 26 avqust - Laçın, 4 oktyabr - Cəbrayıl, 17 oktyabr - Füzuli, 20 oktyabr - Zəngilan, 25 oktyabr - Qubadlı, 8 noyabr - Şuşa, 20 noyabr - Ağdam və 25 noyabr - Kəlbəcər şəhəri günləri kimi qeyd olunur, geniş mədəni proqram təqdim edilir.

12:40

Xankəndidə Şəhər Günü keçirilir.

"Report" xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutur.

Tədbir çərçivəsində gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa edilib.

Həmin il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Dövlət başçısının 18 sentyabr 2024-ci il tarixli Sərəncamı ilə 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi kimi təqvimə yazılıb.

Chosen
60
5
musavat.com

7Sources