EN

Yataq otağında sağlamlığa təhlükə yaradan 3 əşya

Amerikalı qastroenteroloq Saurabh Sethi yataq otağında insan sağlamlığına zərərli olan üç əsas şeyi qeyd edib.

E-sağlam.az sözügedən əşyaları təqdim edir:

Köhnə yastıqlarZamanla yastıqlarda toz gənələri, tər, nəmlik və allergenlər yığılır. Bu həm xoşagəlməz qoxuya, həm də dəri infeksiyalarına səbəb ola bilər. Həmçinin, köhnəlmiş yastıqlar boyun ağrısı, baş ağrısı və yuxusuzluq yarada bilər.

Hava təravətləndiricilərÇox hava təravətləndiricilər ftalatlar, formaldehid, benzol və toluen kimi kimyəvi maddələr buraxır. Bunlar tənəffüs yollarını qıcıqlandırır, öskürək, hırıltı və nəfəs darlığına səbəb ola bilər. Xroniki istifadəsi sağlamlıq problemlərini və hətta xərçəng riskini artırır.

Köhnə döşəklərDöşəklər də yastıqlar kimi toz, ölü dəri hüceyrəsi, nəmlik və gənələri toplayır. Bu isə otaqdakı havanı çirkləndirir və allergiyalara, tənəffüs problemlərinə səbəb ola bilər.

Qeyd edək ki, hava şəraitindən asılı olmayaraq, yatmazdan öncə yataq otağını havalandırmaq sağlamlıq üçün önəmli faktorlardan biridir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
28
e-saglam.az

1Sources