EN

Şəmistan Nəzirli vəfat etdi

Tanınmış hərbi tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirli dünyasını dəyişib.


Manset.az-ın Modern.az-a istinadən məlumatına görə, o, Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.

Qeyd edək ki, Şəmistan Nəzirli Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Əldə etdiyimiz məlumata əsasən, Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır. "Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqları təşkil olunur. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.

Chosen
2
13
manset.az

10Sources