
Üçüncü sessiyada ən yaxşı nəticələri göstərən pilotlar:
-
Lando Norris (McLaren)
-
Maks Ferstappen (Red Bull Racing)
-
Oskar Piastri (McLaren)
Xatırladaq ki, ilk sərbəst yürüşün lideri Lando Norris (McLaren), ikinci sessiyanın qalibi isə Lüis Hemilton (Ferrari) olub. ***
12:38
Paytaxt Bakı, artıq doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi çərçivəsində həyəcanı artırır – bu gün yarışın üçüncü sərbəst yürüş sessiyasına start verilib. 1news.az xəbər verir ki, Pilotlar bolidlərini sınaqdan keçirir, Bakı şəhər halqasının mürəkkəb döngələrini test edirlər. Qeyd edək ki, üç sərbəst yürüşün yekun nəticələri komandalar üçün həm sabahkı təsnifat mərhələsi, həm də sentyabrın 21-də keçiriləcək əsas yarış öncəsi həlledici əhəmiyyət daşıyır.Xatırladaq ki, ilk sessiyada ən sürətli nəticəni “McLaren” pilotu Lando Norris, ikinci sessiyada isə “Ferrari” sürücüsü Luis Hemilton göstərmişdi.