EN

Zelenski müharibənin sonunda final sülh sazişinin olmayacağını istisna etməyib

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin sonunda final sülh sazişinin olmayacağını istisna etməyib...

APA “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti jurnalistlərlə görüşündə bəyan edib.

O, bildirib ki, təhlükəsizlik zəmanətləri müharibə hələ davam edərkən də təqdim oluna bilər və bu, rəsmi sülh müqaviləsinin imzalanması ilə bağlı deyil.

Ukrayna lideri "Koreya ssenarisi" və ya buna bənzər digər variantların nəzərdən keçirilmədiyini vurğulasa da, müharibənin hüquqi cəhətdən yekunlaşması olmadan da müəyyən razılaşmalar və təminatların mümkün ola biləcəyini qeyd edib.

Prezident Kupyansk bölgəsində şiddətli döyüşlər getdiyini, şəhər daxilində Müdafiə Qüvvələri təmizləmə əməliyyatları apadığını bildirib. Donetsk vilayətində, xüsusilə Dobropillya və Pokrovsk ətrafında Ukrayna qüvvələrinin düşməni mühasirəyə aldığını qeyd edən Baş komandan Sumı istiqamətində irəliləyişlər olduğunu deyib.

Zelenski, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarını və ələ keçirilmiş ərazilərdəki hərbi anbarları dronlarla vurduğunu və bu hücumların rusların logistikasında və hava limanlarının fəaliyyətində ciddi pozuntulara səbəb olduğunu bildirib.

Ukraynanın qərb vilayətlərində dronların vurulması məsələsinə gəlincə isə Zelenski Polşa və Rumıniya ilə koordinasiya imkanlarının müzakirə olunduğunu vurğulayıb.

Poliqon.info

Chosen
30
8
poliqon.info

9Sources