Sentyabrın 20-si saat 12 radələrində Goranboy rayonu Kəpənəkçi kənd sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az-ın xəbərinə görə, hadisəni törədən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Babakişi Abdullayevi polis saxlayıb.
Cinayət əməlinin ailə münaqişəsi zəminində olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.