Sentyabrın 20-də Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.