EN

Mehdiyevin şirkətinə 3,4 milyon manat ayrıldı Xocalıda bir sıra evləri təmir edəcək

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri mərhələli şəkildə davam etdirilməkdədir.

Trend-in məlumatına görə, bu işlərin davamı kimi Xocalı şəhər inzibati ərazisində bir sıra fərdi yaşayış evlərinin təmir və yenidənqurulması işləri aparılacaq.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə yekun vurub.

Dövlət xidməti sözügedən işlərin icrasını “Şinkar Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 3,4 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu “Şinkar Holding” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon manat olan şirkətin qanuni təmsilçisi Mehdiyev Ələsgər Fərrux oğludur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
7
azpolitika.info

8Sources