EN

Ordubadda tarixi binanın bərpasına başlanılıb

Naxçıvan, 20 sentyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” adlı və ona bitişik tarixi binanın bərpası işlərinə başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə həyata keçirilən layihə üzrə hazırda ərazidə tikinti-bərpa işləri görülür.

Chosen
41
3
azertag.az

4Sources