ain.az, Azertag portalına istinadən məlumat verir.
Xəbərin mətni
Mən həmişə düşünürdüm ki, Vüqarın zabit çantasında yalnız hərbi sənədlər ola bilər. Şəhadətindən sonra onun ən özəl əşyalarını tapdım: mənə yazdığı ilk məktublar, şeirlər, şəkillərim. Onlar mənə çox böyük təsəllidir, eyni zamanda, güclü zabitin necə bir ürək daşıdığının sübutudur. Dəftərçəsində apardığı qeydlər arasında məni ən çox riqqətə gətirən bir cümlə var: “Ülkər əsl mən deyən qızdır, əsl mənim axtardığımdır”. Əslində bilirdim ki, Vüqar mənim ruh əkizimdir, qismətimdir, taleyimdir. Onu dəftərçəsinə öz əlləri ilə yazması, mənim bundan xəbərsizliyim, şəhadətdən sonra bunları bilməyim mənə qeyri-adi təsir etdi. Bunları bildikdən sonra mənə yaşamaq dözülməz oldu. Zaman keçdikcə başa düşdüm ki, həmin vətənpərvər, işinin peşəkarı olan zabit həqiqətən ideal insan imiş. O, hansı sahədə olsaydı, bu cür məsuliyyətlə fəaliyyət göstərərdi. Lakin zənnimcə, Vüqar Vətənə xidmətdən başqa yol seçə bilməzdi. Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları zamanı şəhid olan zabiti, mayor Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı deyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.