EN

Tramp narkotik daşıyan gəminin məhv edildiyini bildirib

Tramp narkotik daşıyan gəminin məhv edildiyini bildirib

ABŞ prezidenti Donald Tramp amerikalı hərbçilərin beynəlxalq sularda narkotik daşımaqda şübhəli bilinən gəmini məhv etməsini açıqlayıb.

AFN.az xəbər verir ki, o, bununla bağlı “Truth Social” platformasında yazıb. Tramp bildirib ki, Pentaqon onun göstərişi ilə terrorçu təşkilatla əlaqəli və narkotik trafiki üçün istifadə olunan gəmiyə zərbə endirib. Prezidentin sözlərinə görə, kəşfiyyat gəmidə narkotiklərin qanunsuz daşındığını və ABŞ-a çatdırmaq üçün tanınmış marşrutdan istifadə edildiyini təsdiqləyib.

Zərbə nəticəsində gəmidə olan üç narkoterrorist öldürülüb, amerikalı hərbçilərə zərər dəyməyib. Tramp hadisənin videosunu paylaşaraq əməliyyatın uğurla başa çatdığını bildirib.

Chosen
19
afn.az

1Sources