EN

"Formula 1”: İkinci günə start verildi - YENİLƏNİB

“Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində taksi xidmətləri yalnız müasir tələblərə cavab verən və qanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyata keçiriləcək”.

Avtosfer.az xəbər verit ki, bu fikirlər Bolt şirkətinin yaydığı açıqlamada əks olunub. Qeyd edilib ki, bu məqsədlə “Bolt” mobil tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək.
Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülər buraxılacaq.Qeyd edək ki, şəhərdən hava limanı istiqamətində taksi sifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir
Hazırda aeroportdan daşımalar 5 AZN-dən başlayır: 3–25 km məsafələr üçün hər kilometrə 0.8 AZN, 26 km və daha artıq məsafələr üçün isə hər kilometrə 0.70 AZN hesablanır. Məsələn, hava limanından “JW Marriott Absheron Baku” otelinə səfər sərnişinə təxminən 23 AZN-ə başa gəlir.

Chosen
8
avtosfer.az

1Sources