Ajans.az xəbər verir ki,bu barədə Tətbiqi Geofizika İnstitutuna (İAP) istinadən məlumat yayıb. Məlumata görə, qeydə alınan alışma M1.5 sinfinə aid olub və 38 dəqiqə davam edib. Bu, sondan əvvəlki güc dərəcəsinə malik günəş alışması sayılır. Alışma, Günəşin səthində yerləşən 4216 saylı günəş ləkəsi qrupunda müşahidə edilib. M sinfi alışmalar orta güclü hesab olunur, lakin müəyyən hallarda onlar Yerə təsir edərək geomaqnit qasırğalarına səbəb ola bilər. Hazırda mütəxəssislər alışmanın potensial təsirlərini, o cümlədən radiodalğa pozuntuları və kosmik hava şəraitinə mümkün təsirləri qiymətləndirirlər.