EN

Azərbaycanın 8 cüdoçusu Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatına qatılacaq

BAKI, 20 sentyabr. TELEQRAF

5–8 oktyabr tarixlərində Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan mötəbər yarışda ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı ilə (6 oğlan, 2 qız) təmsil olunacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, dünya çempionatında 66 ölkədən454 idmançı (242 oğlan, 212 qız) mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Oğlanlar

-60 kq
Nihad Məmişov
Fərid Qarayev

-66 kq
Məhəmməd Musayev
Nizami İmranov

-81 kq
Süleyman Şükürov

+100 kq
Ramazan Əhmədov

Qızlar

-52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva

Chosen
81
teleqraf.com

1Sources