EN

Tramp varlılar üçün 1 milyonluq “Qızıl Kartı”ı təqdim edib

ABŞ prezidenti Tramp varlılar üçün 1 milyon dollar  dəyərində olan “Tramp Qızıl Kartı”nı təqdim edib.

AzPost bildirir ki, korporasiyalar üçün qiymət hər işçi üçün 2 milyon dollar təşkil edəcək. Qiyməti 5 milyon dollar olan “Trump Platinum Card” da istifadəyə veriləcək. Bu, ABŞ-a səyahət edənlərə xaricdə qazandıqları gəlirdən vergi ödəmədən 270 günə qədər ölkədə qalmağa imkan verəcək.

Trampın sözlərinə görə, təşəbbüs 100 milyard dollardan çox gəlir gətirəcək və qeyri-qanuni immiqrasiyaya alternativ olacaq.

AzPost.az

Chosen
32
azpost.info

1Sources