EN

Şəhid Sərxanın həyat yoldaşı: Antiterror əməliyyatı başlayan gün zəng etdim, cavab vermədi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Antiterror əməliyyatı başlayan gün ona zəng etdim, cavab vermədi. Sonra yaralı olduğunu dedilər. Raket onun üzərinə düşübmüş".

Bu sözləri antiterror əməliyyatı zamanı Vətən uğrunda canından keçən Sərxan Bilalovun həyat yoldaşı Ayna Bilalova söyləyib.

Şəhid xanımı qeyd edib ki, övladları da atalarını hər gün xatırlayaraq, onun xatirəsini yaşatmağa çalışırlar:

"Bizim evimizdə hər gün Sərxanın adı anılır, hansısa sözü xatırlanır. Biz onu unutmuruq, o, həmişə bizimlə yaşayacaq".

Daha ətraflı Baku TV-nin süjetində:

Şəhid Sərxanın həyat yoldaşı: "Antiterror əməliyyatı başlayan gün zəng etdim, cavab vermədi"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
1
oxu.az

2Sources