EN

Goranboyda qadın bıçaqlandı — Keçmiş əri saxlanıldı

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.  

“Qafqazinfo” xəbər verir ki, Goranboy şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayev Babakişinin münaqişə zəminində keçmiş həyat yoldaşı, Zaqatala rayon sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərovanı bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.

Xəsarət alan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində F. Ömərovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Abdullayev Babakişi saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, B. Abdullayevin ruhi-əsəb dispanserində qeydiyyatda olduğu bildirilir.

Chosen
43
5
demokrat.az

6Sources