"Bizim bazarın sökülməsi nəzərdə tutulmayıb".
Publika.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Dərnəgül tikinti materialları bazarının direktoru Aqil Məmmədov deyib. O sayta açıqlamasında bildirib ki, iddialar yanlışdır.
Xatırladaq ki, bu gün mediada sözügedən bazarın söküləcəyi barədə məlumatlar yayılmışdı. Məlumatı bazarda fəaliyyət göstərən sahibkarlar yayıblar.