Pirallahı rayonunda iki mərtəbəli evdə yanğın olub. FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən əlumata görə, rayonda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.