EN

Zidanın oğlu idman vətəndaşlığını dəyişib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Futbol üzrə Fransa millisinin heyətində dünya çempionu olan Zinəddin Zidanın oğlu Luka Zidan idman vətəndaşlığını dəyişib.

Oxu.Az bu barədə Əlcəzair Futbol Federasiyasının saytına istinadla xəbər verir.

Bildirilir ki, Luka Zidan Əlcəzair millisinin heyətində çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı qapıçı hazırda İspaniyanın "Qranada" komandasında çıxış edir. O, "Real Madrid"in yetirməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
oxu.az

1Sources