EN

Rusiya parlamentinin sədri miqrantlara səsləndi: Ailələrinizi gətirməyin

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Rusiyaya qazanc məqsədilə gələn əcnəbilər öz ailələrini yanlarında gətirməməlidirlər".

Oxu.Az bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.

Volodin qeyd edib ki, Dövlət Dumasında qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı məsələlər artıq müzakirə olunub. Həmin vaxt bir sıra konkret təkliflər səsləndirilib.

"Əgər biz əmək miqrasiyasından danışırıqsa, insanlar ölkəyə işləmək üçün gəlirlər, işlədilər - getdilər. Ailələrin, uşaqların bununla nə əlaqəsi var? Orada artıq başqa tələblər var", - deyə Volodin bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
2
oxu.az

3Sources