EN

Formula 1 yarışı daha 5 il Azərbaycanda keçiriləcək - RƏSMİ

 

Formula 1 üzrə Azərbaycan Qran-Prisi daha 5 il ərzində keçiriləcək.

 

Sitat.info xəbər verir ki, bu barədə "Kral yarış"larının rəsmi saytı məlumat yayıb.

 

Bakı Şəhər Halqası 2016-cı ildə Avropa Qran-Prisi adı ilə Formula 1 təqvimində debüt edib, 2017-ci ildən isə Azərbaycan Qran-Prisi adı ilə təqvimin daimi mərhələsi olub. Ötən il keçirilən yarış 70-dən çox ölkədən azarkeşi qarşılayıb və 66 milyondan çox qlobal televiziya tamaşaçısını cəlb edib.

 

İndiyədək təşkil olunan səkkiz yarışda yeddi fərqli qalibi olan Azərbaycan Qran-Prisi Formula 1 təqviminin ən mübarizəli yarışlarından birinə çevrilib. Meksikalı Serxio Peres Bakıda iki dəfə qalib gələn yeganə pilotdur. Hazırkı pilotlardan üçü – Lüis Hemilton, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazana biliblər.

 

Rəsmi imzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Formula 1-in prezidenti Stefano Domenikalı və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev iştirak ediblər.

 

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2025-ə sentyabrın 21-də yekun vurulacaq.

 

Chosen
34
13
sitat.info

10Sources