Rusiya paytaxtında orta məktəb binasında faciə baş verib. Beton plitə uçaraq işçilərin üzərinə aşıb.
News24.az Rusiya KİV-ə istinadla xəbər verir ki, sentyabrın 20-də Moskvanın şərqində təmir işləri aparılan məktəb binasında tikinti konstruksiyaları uçub. Hadisə nəticəsində 2 nəfər ölüb.
Daha 6 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Məlumata görə, hadisənin baş verməsinə səbəb tikintidə təhlükəsizlik qaydalarına əməl olunmamasıdır.
Baş verənlərlə bağlı araşdırma aparılır .