EN

Şəbnəm bahalı qolbağı ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Sevilən müğənni Şəbnəm Tovuzlu bu dəfə səhnə fəaliyyəti ilə deyil, zinət əşyası zövqü ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi sosial mediada paylaşdığı görüntülərdə əlindəki bahalı qızıl qolbaqla izləyicilərdə maraq yaradıb.

Sözügedən zinət əşyası İtaliya istehsalı olan məhdud sayda buraxılmış qolbaqlardandır. 68 qram çəkisi olan qolbağın dəyəri təxminən 15 min manat qiymətləndirilir.

Şəbnəm Tovuzlunun dəbdəbəli zərgərlik nümunəsinə üstünlük verməsi izləyicilər tərəfindən müzakirələrə səbəb olub. Bir qrup izləyici müğənninin zövqünü və dəbli seçimlərini təqdir etsə də, digərləri bu məbləğin yüksək olduğunu vurğulayıblar.

Qeyd edək ki, Şəbnəm Tovuzlu tez-tez geyim və aksesuarları ilə də diqqət mərkəzinə düşür və sosial şəbəkələrdə izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olur.

Hüseyn
Milli.Az

Chosen
21
1
milli.az

2Sources