EN

Avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs həbs olundu

Ağdamda avtoxuliqanlıq edərək videogörüntülərini sosial şəbəkədə yayan şəxs həbs olunub.

Moderator.az xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində VAZ markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.

Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib.

O, məhkəmənin qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Chosen
33
14
moderator.az

10Sources