EN

"Formula 1" daha beş il Azərbaycanda keçiriləcək

"Formula 1" üzrə Azərbaycan Qran-prisi daha 5 il ərzində keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bakı Şəhər Halqası 2016-cı ildə Avropa Qran-prisi adı ilə "Formula 1" təqvimində debüt edib, 2017-ci ildən isə Azərbaycan Qran-prisi adı ilə təqvimin daimi mərhələsi olub. Ötən il keçirilən yarış 70-dən çox ölkədən azarkeşi qarşılayıb və 66 milyondan çox qlobal televiziya tamaşaçısını cəlb edib.

İndiyədək təşkil olunan səkkiz yarışda yeddi fərqli qalibi olan Azərbaycan Qran-prisi "Formula 1" təqviminin ən mübarizəli yarışlarından birinə çevrilib. Meksikalı Serxio Peres Bakıda iki dəfə qalib gələn yeganə pilotdur. Hazırkı pilotlardan üçü – Lüis Hemilton, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazana biliblər.

Chosen
38
13
aznews.az

10Sources