EN

Şəhəri sel basdı! Körpü çökdü, yol bağlandı

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin Rize vilayətində yağan güclü leysan yağışları nəticəsində bir çox bölgədə daşqınlar və torpaq sürüşmələri baş verib.

Turkustan.az xəbər verir ki, Şenyamaç kəndində suyun səviyyəsinin artması səbəbindən körpü çöküb.

Ardeşen vilayətinin Tunca qəsəbəsində evlərində su və palçıq səbəbilə qapalı qalan vətəndaşlar inşaat texnikasının köməyi ilə xilas ediliblər.

Çamlıhemşin bölgəsində yerləşən məşhur Ayder Yaylasına gedən yol torpaq sürüşmələri səbəbilə bağlanıb. Hazırda daşqınlara qarşı mübarizəyə 269 nəfərlik canlı qüvvə və 80 texnika cəlb olunub.

Leysan yağışlar gecə boyu davam edib və Ardeşen, Fındıklı, Kalkandere və Çamlıhemşin rayonlarında təsirini göstərib.

Fındıklı bölgəsindəki Arılı və Çağlayan çaylarında suyun səviyyəsinin kəskin şəkildə qalxması daşqınlara səbəb olub.

Hazırda bölgədə həm axtarış-xilasetmə, həm də yol açma və təhlükəsizlik işləri davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
icma.az

2Sources