EN

Antiterror tədbirlərində ağır yaralanan kapitan Ramil Siraclı: "Güllə ağciyərimi parçalayıb çıxdı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Antiterror tədbirlərində bizə tapşırıq gəldi ki, bəzi hakim yüksəklikləri ələ keçirməliyik".
Bu sözləri Baku TV-yə müsahibəsində ehtiyatda olan kapitan Ramil Siraclı deyib.
"Həmin döyüşlərdə ağır yaralananlar da oldu. Onlardan biri də mən idim. Snayperdən açılan üç güllədən biri ağciyərimi parçalayıb çıxdı, ikincisi ayağıma dəydi, üçüncüsü isə sol tərəfdən beş qabırğamı sındırdı. Əsgərlər şəhid olacaqlarını bilə-bilə düşmənin üzərinə gedirdilər. Həmin döyüşlərdə dünyaya göstərdik ki, ordumuz nəyə qadirdir", - deyə o əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Chosen
46
oxu.az

1Sources