EN

Pol Kaqame ASAN xidmət mərkəzində... FOTOLAR

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ruanda Prezidenti Pol Kaqame sentyabrın 20-də Azərbaycana rəsmi səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə Globalinfo.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib:

“Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir”.

“ASAN xidmət” təcrübəsinin Ruanda tərəfi ilə paylaşılması məqsədilə əməkdaşlıq əlaqələri 2024-cü ilin noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olmuş Ruanda Prezidenti ilə Azərbaycan Prezidenti arasında keçirilən görüşün yekunlarına əsasən qurulub.

Bu çərçivədə cari ilin iyun ayında Dövlət Agentliyi ilə Ruandanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
31
globalinfo.az

10Sources