EN

Goranboyda xırdabuynuzlu mal-qara minaya düşdü

Goranboyda mal-qara minaya düşüb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb.

Kənd sakininə məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində qoyunlardan ikisi tələf olub. Sakin xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
42
9
qaziler.az

10Sources