EN

Zidan hansı yığmaya dəvət alıb?

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əfsanəvi futbolçu Zinəddin Zidanın oğlu ilə bağlı maraqlı xəbər yayılıb.“Qranada”nın qapıçısı Luka Zidan Əlcəzair yığmasına dəvət alıb. Bu haqda “RMC Sport”un yaydığı xəbərə görə, o, dəvəti qəbul edib. 27 yaşlı Luka əvvəllər Fransanın gənclərdən ibarət milli komandalarında çıxış edib. Beynəlxalq səviyyədə 30 oyun keçirən futbolçu 2015-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub.Maraq üçün qeyd edək ki, Zidanın “Betis”də müdafiəçi kimi çıxış edən digər oğlu Elyas 20 yaşadək futbolçular arasında dünya çempionatı üçün Fransa yığmasına dəvət alıb.Xatırladaq ki, əslən əlcəzairli olan Zinəddin Zidan özü Fransa millisində çıxış edib və bu komanda ilə DÇ-1998-in qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
4
icma.az

10Sources