EN

Kərim Vəliyev Belqraddakı hərbi paradda - Foto

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda iştirak edib.

Tədbirlərdə Azərbaycannın Serbiyadakı səfiri Kamil Xasıyev iştirak edib.

Chosen
25
26
axar.az

10Sources