Ukrayna müasir tələblərə cavab verən müstəqil hücum qoşunlarını yaradır.
Ölkə.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Hücum qoşunlarına gəlincə, biz 2025-ci il ərzində şübhəsiz ki, yaxşı nəticələr göstərəcək hücum batalyonları və alayları yaratdıq. Qərara gəldik ki, biz bunu qanuni yolla həll etməliyik. "Ruslar" da bizimlə eyni şeyi etmək qərarına gəliblər. İndi biz ayrı-ayrı hücum qoşunları yaradacağıq. Bu barədə qərara verilib və hazırlıq işləri gedir. Hesab edirəm ki, bir həftə və on gün ərzinə hazır olacaq”, - Zelenski bildirib.
Zelenki vurğulayıb ki, bura PUA ilə yanaşı, digər müasir hücum qüvvələri və komponentləri də daxildir. “Əlbəttə, onlar bu gün birlikdə işləyirlər, hücum alayları və Hava-Desant Hücum Qüvvələri güclü tapşırıqlar yerinə yetirirlər”, - Zelenski qeyd edib.
Mürtəza