EN

Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını niyə verdiyini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 20-də hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayındakı çıxışı zamanı maraqlı mesajlar verib.

O, çıxışı zamanı Qarabağdan gələn ermənilər barədə cəmiyyətdə dolaşan fikirlərə aydınlıq gətirib.

Paşinyan deyib: “Qarabağdan ölkəmizə gələn ermənilər burada Ermənistan vətəndaşı kimi yaşayacaqlar. Onlar Ermənistanın qürurlu vətəndaşlığını alacaqlar”.

O, bununla Qarabağdan olan ermənilərin ikili vətəndaşlıq və qaçqınlıq statusu ilə bağlı bütün suallara son qoyub.

Digər maraqlı məsələ isə II Qaragen ilə bağlı olub. Baş nazir deyib: “Bütün ermənilərin katolikosu Ktriç Nersisyan (II Qaregin) vəzifəsindən istefa verməlidir. Erməni Apostol Kilsəsi hökumətyönlü və dövlətyönümlü kursa qayıtmalıdır. Düşünürəm ki, bu da Ktriç Nersisyan vəzifəsindən kənarlaşdırılmadan mümkün deyil. Bu gündəliyi mütləq həyata keçirməliyik. Başqa variant yoxdur, Ktriç Nersisyan getməlidir, nə qədər tez getsə, o qədər yaxşıdır. Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması hamıya məlumdur, Ermənistan öz tarixində tamam başqa mərhələyə qədəm qoyub”.

Paşinyanın çıxışında diqqət çəkən məqamlardan biri də onun “Qarabağ Ermənistandır, nöqtə” sözləri ilə bağlıdır. Baş nazir deyib: “Mən sülhə hamıdan çox sevinən bir insanam və bu bəyanatımı hansı səbəbdən verdiyim üzərində çox düşündüm. İzahat, həqiqətən, çox konkretdir. Mən bu bəyanatı sadə səbəbə görə vermişdim – sovet psixologiyası əsasında formalaşan “vətənpərvər” idim. İndi isə cavabım budur: Artıq mən Ermənistanın sülh istəyən analarının müəyyən etdiyi vətənpərvərlik modeli ilə vətənpərvərəm”.

Ermənistan hökumətinin başçısı Azərbaycanla əldə olunan sülhü yüksək qiymətləndirib. Paşinyan deyib: “Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Bəyannamə ilə bərqərar oldu. Avqustun 8-i uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsidir. Bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb. Sülh budur. İndi bu 1 il 7 ay tarixi olan böyük sülhü 2 il 7 ay, 3 il, 4 il, 100 il, 200 il və sair halına gətirməliyik və Ermənistanın bütün sərhədlərinə şamil etməliyik”.

AzPost.az

Chosen
16
7
azpost.info

8Sources